Logo

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO

07.05.2024 21:39 202 baxış
IMG

Mayın 6-7-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 175 və 286 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılmasıdır.

Ümumilikdə 280 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı tərəfindən məktəblilərə “Kiberbullinqə qarşı mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifrə təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verilib.

Xəbər lenti