Logo

DQİDK sədri Amerika Sefardi Federasiyasının icraçı direktoru ilə görüşüb - FOTO

07.05.2024 21:25 169 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 7-də Amerika Sefardi Federasiyasının icraçı direktoru Ceyson Quberman ilə görüşüb.

Komitədən "Tehsil.biz"ə bildiriblər ki, görüşdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirildiyini bildirib. R.Məmmədov qeyd edib ki, Azərbaycanda dövlət tərəfindən hər il dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi üçün maliyyə vəsaiti ayrılır, tarixi-dini ibadət evləri bərpa olunur, yeniləri tikilib inanclı insanların ixtiyarına verilir. Ölkəmizdə din sahəsində aparılan siyasətin əsasında dini etiqad azadlığı prinsiplərinin dayandığını diqqətə çatdıran DQİDK sədri, eyni zamanda, dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən önəm barədə danışıb.

Ceyson Quberman Azərbaycandakı dini harmoniyanın, müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlığın təqdirəlayiq hal olduğunu vurğulayıb. Azərbaycanın dünyəvilik modelinin əhəmiyyətinə diqqət çəkərək ölkəmizin uğurlu təcrübəsinin, müxtəlif xalqların, dini konfessiyaların birgəyaşayış mədəniyyətinin daha geniş şəkildə təbliğ edilməsinin vacibliyini bildirib.

Xəbər lenti