Logo

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

07.05.2024 20:58 162 baxış
IMG

“Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrində “Yay məktəbi”nə ərizə qəbulu başlayır.

Tehsil.biz xəbər verir ki, məqsəd məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.

“Yay məktəbi”nin proqramına əsasən burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur.

Məktəblinin dostları tərəfindən şagirdlər üçün “Yol hərəkəti qaydaları”, “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım”, "Sosial şəbəkələrdən faydalı istifadə”, “İnternet təhlükəsizliyi”, “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər keçiriləcək.

“Məktəblinin dostu” layihəsinin “Yay məktəbi” iki ay davam edəcək. İyul ayında 5-ci və 6-cı sinif şagirdləri, avqust ayında isə 7-ci və 8-ci sinif şagirdləri cəlb olunacaqlar.

Xəbər lenti