Logo

ADAU-nun bir qrup əməkdaşı Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinə səfər ediblər - FOTO

07.05.2024 18:11 168 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup əməkdaşı Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinə səfər ediblər.

Tehsil.biz xəbər verir ki, universitetin Ümumi işlər üzrə prorektoru Ramin Əliyev, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Urfan Tağıyev, həmin şöbənin mütəxəssisi Sevil Həsənova və Dillər kafedrasının baş müəllimi Sevinc Mahmudova səfər zamanı Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tarr Zsuzsanna, həmin şöbənin Erasmus+ koordinatoru Heltai Zsuzsanna, Beynəlxalq əlaqələr üzrə prorektor David Bekesi və iqtisadiyyat fakültəsinin professoru ilə görüş keçiriblər.

Həmçinin, səfər çərçivəsində MATE universitetinin nəzdində olan “Kənd təsərrüfatı maşınları” muzeyi də ziyarət olunub.

Nümayəndə heyəti Macarıstanın Budapeşt şəhərində yerləşən Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin Buda kampusuna da baş çəkib, buranın rəhbəri Diana Agnes ilə görüşüblər.

Daha sonra Qida elmləri və texnologiya elmi-tədqiqat institutu ziyarət olunub və orada direktor Dr. Laszio Fredrixlə görüş keçirilib. Görüş zamanı universitetlərin gələcək elmi işləri barədə söhbət aparılıb, birgə seminarların keçirilməsi və elmi-tədqiqat işlərinin aparılması barədə razılıq əldə olunub.

Xəbər lenti