Logo

Yenicə direktor vəzifəsindən azad edilmişdi, qəzada öldü

06.05.2024 14:57 192 baxış
IMG

Ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil iki qadını vurub.

"Tehsil.biz"in məlumatına görə, nəticədə onlardan biri dünyasını dəyişib.

Məlumata görə, qəzada vəfat edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva təhsil sahəsində tanınmış şəxs olub.

Belə ki, uzun illər pedaqoji fəaliyyət göstərmiş G.Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl vəzifədən azad edilibmiş.

Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir.

Xəbər lenti