Logo

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

06.05.2024 14:32 153 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə və Çağrı Mərkəzinə (146-1) birinci sinfə elektron qeydiyyatla bağlı müraciət edən vətəndaşların sualları operativ şəkildə cavablandırılır, valideynlərə müvafiq dəstək göstərilir.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, Bakı şəhərindəki ümumi təhsil müəssisələrində yaradılan 27 alternativ qeydiyyat mərkəzində, 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara kömək göstərilir.

Xəbər lenti