Logo

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlimi baş tutub - FOTO

06.05.2024 14:17 141 baxış
IMG

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən və Təhsil İnstitutunun benefisiar olduğu “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlimi baş tutub.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd şagirdlərin qiymətləndirilməsi metodları və alətlərinə dair təlimatları nəzərdən keçirmək, eləcə də qiymətləndirmənin logistik, təhlükəsizlik və etik aspektləri barədə mühazirə, müzakirə və qrup işləri aparmaq olub. Təlim zamanı iştirakçılar, həmçinin 4 və 6-cı siniflərin milli qiymətləndirmə suallarının təhlilini apararaq test suallarının qiymətləndirilməsi nəzəriyyələri ilə tanış olublar.

Təlimlərdə spiker qismində layihənin baş ekspertləri Maya Yukiç və Srdjan Verbiç çıxış edib.

Qeyd edək ki, sözügedən təlimlərə 32 nəfər cəlb olunub.

Xəbər lenti