Logo

ATMU tələbələri üçün məlumat sessiyası keçirilib

06.05.2024 12:44 150 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Baku Marriott Boulevard” hotelin struktur rəhbərlərinin təqdimatında məlumat sessiyası keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə hotelin baş meneceri Elşən Qurbanəliyev, insan resursları üzrə meneceri Əzizə Əsgərova və koordinator Fidan Məmmədova qurumun infrastrukturundakı əhəmiyyətli yeniliklərdən, o cümlədən prioritet məsələlərdən ətraflı bəhs ediblər. İşə qəbul mərhələsində tələbə namizədlərdən tələb olunan başlıca keyfiyyət amilinə peşəkar münasibət sərgiləyən qurum təmsilçiləri Qafqazın ən böyük hoteli - “Baku Marriott Boulevard”ın qonaqpərvərlik sənayesində ən yüksək statusu hədəfləmək iddiasında olduğunu bildiriblər.

Məlumat sessiyası fikir mübadiləsi ilə yekunlaşıb.

Xəbər lenti