Logo

DQİDK sədri Parisdə yerləşən Ərəb Dünyası İnstitutunun direktoru ilə görüşüb

04.05.2024 17:18 188 baxış
IMG

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Parisdə yerləşən Ərəb Dünyası İnstitutunun direktoru Karim İfrak ilə görüşüb.

Dövlət Komitəsindən "Tehsil.biz"ə bildiriblər ki, DQİDK-nın sədri qonağı Azərbaycandakı dövlət-din münasibətləri, tolerant və multikultural mühit barədə məlumatlandırıb. R.Məmmədov ölkəmizdə bu sahədə həyata keçirilən mötəbər tədbirlər, milli-mənəvi dəyərlərin təbliğinə göstərilən diqqət, dini fəaliyyət sahəsində atılan addımlar barədə danışıb.

Karim İfrak dünyada ekstremizmin, zorakılığın yayıldığı bir vaxtda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu qeyd edib. Azərbaycan İlahiyyat İnstitutu ilə rəhbəri olduğu institut arasında imzalanan anlaşma memorandumunun əhəmiyyətinə toxunan qonaq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Görüşdə, eyni zamanda, dinin siyasiləşdirilməsinin fəsadlarının, habelə getdikcə artmaqda olan islamofobiya təzahürlərinin qarşısının alınmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti