Logo

İdarəetmə Sistemləri İnstitutunda elmi seminar keçirilib - FOTO

02.05.2024 23:35 186 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) elmi seminarı keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İclasda İSİ-nin Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının aparıcı elmi işçisi riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəşad Məstəliyev “Qeyri xətti və kvazi xətti stoxastik Qursa-Darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələlərində birinci və ikinci tərtib zəruri şərtlər” adlı mövzuda məruzə edib.

Məruzəçi əvvəlcə qeyri-xətti stoxastik Qursa-Darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələsində optimallıq üçün Pontryaginin maksimum prinsipi formasında birinci tərtib zəruri şərtin alınmasından bəhs etmişdir. O, daha sonra isə bu zəruri şərtin çırlaşdığı məxsusi halı tədqiq edərək məxsusi idarələrin optimallığı üçün alınmış zəruri şərtlər haqqnda danışıb.

Məruzənin davamında Rəşad Məstəliyev kvazi-xətti Qursa-Darbu sistemli optimal idarəetmə məsələsində məxsusi halı tədqiq edib. O, vurğulayıb ki, bu halda məxsusi idarələrin optimallığı üçün indivudial zəruri şərtlər tapılıb. Belə ki, bu zəruri şərtlər ümümi halda alınmış zəruri şərtlərin nəticəsi olmayıb, ayrıca əhəmiyyət daşıyır.

Məruzə dinləyicilərin marağına səbəb olub, mövzu ətrafında suallar cavablandırılıb.

Xəbər lenti