Logo

AzTU tələbəsi "GreenTech" startap və yaşıl texnologiyalar" müsabiqəsində 2-ci yerə layiq görülüb

02.05.2024 22:33 284 baxış
IMG

Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gəncədə "GreenTech" startap və yaşıl yexnologiyalar" müsabiqəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Texnologiya Universiteti, Təhsilin İnkişafı Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə 17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası 5 kateqoriya (robototexnika, mexatronika, enerji sistemləri mühəndisliyi, insanlıq naminə texnologiyalar, davamlılıq) üzrə mübarizə aparıb.

"GreenTech" startap və yaşıl texnologiyalar" müsabiqəsində Azərbaycan Texniki Universiteti (AzTU) 4 komanda ilə təmsil olunub.

AzTU-nun Nəqliyyat və logistika fakültəsinin birinci kurs tələbəsi Kamran Qurbanovun kapitanı olduğu “Təbii sərvətlərdən səmərəli istifadə və Qarabağın dirçəlişi” komandası müsabiqədə ikinci yerə layiq görülüb.

Münsiflər heyətinin dəyərləndirməsindən sonra qalib komandalar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xəbər lenti