Logo

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

02.05.2024 18:43 134 baxış
IMG

İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat fənn müəllimləri “Metodist hazırlığı” müsabiqəsində iştirak etmək üçün dəvət olunurlar.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

- Pedaqoji təhsil;

- Ən azı 7 illik pedaqoji təcrübə;

- Sertifikasiya balı: 51-dən yuxarı (bu bənd sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərə aiddir);

- İKT bacarıqları;

- Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

Qeydiyyatdan keçən və tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.

Müsabiqədə iştirak etmək istəyənlər mayın 6-dək linkə daxil olub qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti