Təhsil İnstitutunda Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 163 nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2024-cü il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) sənəd qəbulu davam edir.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, sənəd qəbulu mayın 15-dək davam edəcək.
Qeydiyyatı təsdiqlənən şəxslərin xarici dil imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 9-da keçiriləcək. Bu imtahanı müvəffəqiyyətlə verən şəxslərin fəlsəfə fənni üzrə imtahanı sentyabrın 2, 3, və 4-də, ixtisas imtahanı isə sentyabrın 9, 10 və 11-də baş tutacaq
Doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.
Sənədlərini təqdim etmək istəyənlər Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.