AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlının “Birinci Dünya müharibəsindən sonra Antanta dövlətlərinin siyasəti və Rusiya-Türkiyə yaxınlaşması” adlı məqaləsi Rusiyanın “Moskva Universitetinin Xəbərləri” jurnalının Siyasi elmlər seriyası üzrə üçüncü nömrəsində dərc edilib.
İnstitutdan bildirilib ki, Rusiya və digər xarici ölkələrin arxivlərində saxlanılan mötəbər məxfi sənədlər əsasında yazılmış məqalədə Birinci Dünya müharibəsindən sonrakı illərdə bolşevik Rusiyası və Türkiyənin yaxınlaşmasının səbəbləri, daşnak və sovet Ermənistanının Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərini pozmaq cəhdləri araşdırılıb.
Qeyd edək ki, 1946-cı ildən nəşr olunan “Moskva Universitetinin Xəbərləri” jurnalının redaksiya şurasına Rusiya, Almaniya, ABŞ, Koreya, Polşa, Çin, Belçika, Kanada, Avstriya, Yaponiya və Böyük Britaniyadan olan nüfuzlu alimlər daxildir.