Logo

“Xalq artisti Ramiz Zöhrabov” adlı kitab sərgisi açılıb

02.05.2024 13:38 154 baxış
IMG

Azərbaycan musiqişünaslıq elmində özünəməxsus yeri olan görkəmli alimlərimizdən biri, Azərbaycanın Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun anadan olmasının 85-ci ildönümü tamam olur. Bu münasibətlə Milli Kitabxanada "Xalq artisti Ramiz Zöhrabov" adlı geniş kitab sərgisi hazırlanıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, monoqrafiyaları, tərtibçi, “Ön söz”, elmi redaktor və rəy yazdığı, həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti