Logo

Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq

02.05.2024 12:47 154 baxış
IMG

Mayın 3-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərginin açılışı olacaq.

Bu barədə "Tehsil.biz"ə muzeydən bildirilib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” ərəfəsində keçirilən sərgidə müəllifin ornamental, portret, süjetli xalçaları, xalça eskizləri, eləcə də orijinal tərzdə işlənmiş nəbati və həndəsi naxışlı, süjetli çətənləri nümayiş olunacaq.

Sərgi mayın 12-dək davam edəcək.

Xəbər lenti