Logo

Granada və Babeş-Bolyai universitetlərinin əməkdaşları BMU-da olublar

02.05.2024 09:57 194 baxış
IMG

“Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində İspaniyanın Granada Universiteti və Rumıniyanın Babeş-Bolyai Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) olublar.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, qonaqlar Mühəndislik, eləcə də Pedaqoji fakültənin müəllim və tələbələri ilə görüşüblər.

Granada Universitetinin nümayəndəsi Antonio Ruiz Moya Kompüter və informasiya texnologiyası kafedrasının tələbələri, Babeş-Bolyai Universitetindən Diana Felicia Panait isə Biologiya müəllimliyi kafedrasının tələbələri üçün ixtisasları ilə əlaqəli mövzularla bağlı geniş təqdimatlarla çıxış ediblər.

Qonaqlar, həmçinin BMU-nun kampusu, Texnopark və laboratoriyaları ilə yaxından tanış olublar.

Mədəni mübadilə, akademik zənginləşmə və beynəlxalq əlaqələri gücləndirmək məqsədi daşıyan səfər bir həftə davam edib.

Xəbər lenti