Logo

Naməlum şəxs məktəbdə atışma törədib, ölən var

13.04.2021 10:09 99 baxış
IMG

ABŞ-ın Noksvil şəhərində (Tennessi ştatı) naməlum şəxs məktəb ərazisində atışma törədib.

 

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Yaralananların dəqiq sayı göstərilmir, lakin aralarında bir polisin olduğu bildirilir.

 

Atışma yerində hüquq-mühafizə və fövqəladə xidmətin əməkdaşları araşdırma aparır.

Xəbər lenti