Logo

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

01.05.2024 09:46 214 baxış
IMG

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır.

Tehsil.biz xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək.

Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may-30 may tarixlərində təşkil ediləcək.

Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, bu tədris ilindən etibarən bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulub. Həmin yeniliklərlə bu link vasitəsilə tanış olmaq mümkündür. 

Xəbər lenti