Logo

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib - FOTO

30.04.2024 19:34 192 baxış
IMG

“Assist Finans” investisiya şirkətinin direktoru iqtisadçı ekspert Cəfər İbrahimov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti-iqtisad fakültəsinin tələbələri üçün “Azərbaycanda kapital bazarı və iqtisadiyyatın maliyyələşmə imkanları” mövzusunda master-klas keçib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, qiymətli kağızların növlərindən söz açan Cəfər İbrahimov kapital bazarında aparılan əməliyyatın sxemini təqdim edib və buna dair müfəssəl izahlar verib.

İnvestisiya şirkətinin əsas xidmətlərinə toxunan təlimçi qeyd edib ki, bu sahəyə əsasən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi daxildir.

IPO (ilkin kütləvi təklif) və onun üstünlükləri barədə də informasiya verən təlimçi tikinti və iqtisadiyyat sahələrində həyata keçirilən layihələr və onların icra mərhələlərindən danışıb. Həmçinin layihənin emitent və investor üçün üstünlüklərini sadalayıb. Bununla yanaşı, Cəfər İbrahimov korporativ istiqrazlar, kapital bazarında investisiyaların bank əmanətləri ilə müqayisəsi və üstünlüklərinə dair dolğun məlumatlar verib.

Görüş sual-cavab formatında davam edib.

Xəbər lenti