Logo

BANM-in tələbəsi eyni vaxtda ABŞ-nin 6 nüfuzlu universitetinə qəbul olub

30.04.2024 18:33 195 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə V kurs tələbəsi Nihad Əhmədli 4-ü tam təqaüdlü olmaqla, ümumilikdə ABŞ-nin 6 universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Tələbənin təqaüd qazandığı universitetlər Hyuston Universiteti, Luiziana Universiteti, Kansas Universiteti və Tulsa Universitetidir. O, Mərkəzi Florida Universiteti və Nyu-Hempşir Universitetinə də qəbul alıb.

N.Əhmədli təhsilini Hyuston Universitetində davam etdirəcək, həmçinin burada tədqiqatçı köməkçisi olaraq çalışacaq. Onun buradan qazandığı illik təqaüdün məbləği 55.000 ABŞ dollarıdır.

Nihad Əhmədli BANM-in fəal tələbələrindən biridir. O, 2019-cu ildə BANM-ə 638.3 balla qəbul olub. “TEKNOFEST 2023” yarışının finalçılarından biri olub. SOCAR-ın bir sıra müəssisələrində, həmçinin digər şirkətlərdə təcrübə keçib.

Xəbər lenti