Logo

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

30.04.2024 11:03 206 baxış
IMG

“Bu il Qazaxıstanın Tamqalı bölgəsində Tambalı petroqliflərinə həsr olunmuş və Türk dünyası alimlərini bir araya toplayacaq elmi-praktik konfrans keçiriləcək. Bu gün Bakıda keçirilən tədbirdə fürsətdən istifadə edərək hər birinizi Qazaxıstanda baş tutacaq elmi-praktik konfransa iştirak üçün dəvət edirəm”.

Tehsil.biz xəbər verir ki, bu barədə Qazaxıstanın mədəniyyət naziri Aida Balayeva Bakıda keçirilən Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısında deyib.

Qazaxıstanlı nazir bildirib ki, Tamqalı elmi-praktik konfrans petaqalif tarixi-mədəniyyət qoruğunda baş tutacaq:

“Tambalı tarixi mədəni qoruğu Qazaxıstanın paytaxtı Almatıdan 170 kilometr məsafədə yerləşir. Burada petroqaliflər əks olunmuş qaya - Tambalı ərazisi UNESCO-nun mədəni irsinə daxildir. Bu il keçiriləcək elmi-praktik konfrans iştirakçıları nadir petroqlifləri ziyarət etmək fürsəti əldə edəcəklər”.

Xəbər lenti