Logo

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

29.04.2024 18:48 258 baxış
IMG

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq.

Universitetin Mətbuat Xidmətindən bildirilib ki, bu, Bakı Biznes Universitetinin daxili qaydasıdır və ildə bir neçə dəfə tələbələrə belə bir xəbərdarlıq edilir. Dərslərə isə heç bir maneə törətmir.

Xəbər lenti