Logo

BDU-da açıq müzakirə keçirilib

29.04.2024 18:23 181 baxış
IMG

“BDU könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “Sustainable Development Goals” klubunun təşəbbüsü ilə “Azərbaycanda gender bərabərliyi” mövzusunda açıq müzakirə keçirilib.

Bu barədə "Tehsil.biz"ə Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.

Müzakirə zamanı müasir cəmiyyətdə “gender” termininin müxtəlif mənaları, onun təzahür formalarından danışılıb. Azərbaycanda gender bərabərliyinin, qadın hüquqlarının ən yüksək səviyyədə təminatının Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin nəticəsi olduğu vurğulanıb. Müzakirədə, həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapan müddəaların və formalaşmış hüquqi normativ bazanın bu sahənin tənzimlənməsini həyata keçirdiyi, buna nəzarətin isə aidiyyəti dövlət qurumları tərəfindən təmin olunduğu bildirilib.

Qeyd olunub ki, 2015-ci ildə BMT-də dünya liderləri tərəfindən qəbul edilmiş 17 Davamlı İnkişaf Məqsədindən beşincisi gender bərabərliyinə həsr olunub. Dünya ölkələri 2030-cu ilə qədər bütün hədəflərə çatmaq üçün hər istiqamətin həlli ilə əlaqədar prioritetləri müəyyənləşdiriblər.

Xəbər lenti