Logo

"Musiqinin gücü" layihəsi həyata keçiriləcək

29.04.2024 13:14 166 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respulikası Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ilk dəfə "Musiqinin gücü" layihəsini həyata keçirəcək.

Filarmoniyadan "Tehsil.biz"ə verilən məlumata görə, layihə çərçivəsində həftənin müəyyən günləri açıq havada konsert proqramları baş tutacaq.

"Musiqi gücü" layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir.

İlk konsert proqramı Xan bağında 6 may saat 19:00-da baş tutacaq.

Xəbər lenti