Logo

Magistraturaya II cəhd qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq

28.04.2024 16:24 241 baxış
IMG

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.

Tehsil.biz DİM-ə istinadən xəbər verir ki, bu gündən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq.

Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Xəbər lenti