Logo

ADU tələbəsinin “Qərbi Azərbaycan” adlı kitabı işıq üzü görüb - FOTO

28.04.2024 16:00 183 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər ixtisasının IV kurs tələbəsi Humay Muradovanın “Qərbi Azərbaycan” adlı kitabı işıq üzü görüb.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Mücrü nəşriyyatda çap olunan 140 tirajlı kitabın naşiri Müşfiq XAN, redaktor və korrektoru Fidan Şahinli, texniki redaktoru Fidan Nəcəfovadır.

Kitabın ərsəyə gəlməsində məqsəd Qərbi Azərbaycanın zəngin tarixi, mədəniyyəti və ictimaiyyəti ilə bağlı geniş və ətraflı təqdimat yaymaqdır. 

Kitabın əvvəlində, Qərbi Azərbaycanın çox geniş və möhkəm tarixi fonu ilə tanış olacaqsınız. Həmçinin, həmin ərazinin çox qədimdən etibarən- tarixin əvvəllərindən bəri müxtəlif mədəniyyətlərin, dövlətlərin və irqi qrupların yaşadığı bir məkan olduğu da qeyd olunub.

Xəbər lenti