Logo

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib - FOTO

27.04.2024 15:15 245 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Quba Tibb Kollecinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Zəriflik” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Quba Tibb Kollecində keçirilən tədbirdə əvvəlcə filialın direktoru dosent Yusif Alıyev geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyeva Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdıb. Bildirilib ki, akademik Zərifə Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrlarının yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Zərifə Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Onun formalaşdırdığı ailə institutu Azərbaycana Ali Baş Komandan İlham Əliyev kimi öz yolu və strategiyası olan əvəzsiz lider bəxş edib.

Daha sonra Quba Tibb Kollecinin direktoru həkim Mikayıl Mirzəliyev, filialın Humanitar elmlər kafedrasının müəllimi Elza Orucova, Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova çıxış ediblər. Filialın və kollecin tələbələri mövzu ətrafında şeir və musiqilər səsləndiriblər.

Xəbər lenti