Logo

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

27.04.2024 13:10 203 baxış
IMG

Aprelin 28-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dosenti, trombon ifaçısı, bəstəkar, aranjimançı və “Big Band”ın rəhbəri Markus Qayzelhart (Geiselhart) öz nəzəri bilik və təcrübəsini bölüşmək üçün yerli musiqiçilərlə bir araya gələcək.

Tehsil.biz xəbər verir ki, “Jıdır Jazz” komandası ilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi və nazirliyin dəstəyi ilə keçirilən tədbir “Beynəlxalq Caz Günü” çərçivəsində Azərbaycanın caz sferasında "Big Band" caz orkestri, improvizasiya və aranjiman kimi fəaliyyət istiqamətlərinə yönəlib.

Əslən Almaniyadan olan və 2006-cı ildən etibarən Vyana şəhərində fəaliyyətini davam etdirən musiqiçi bir çox məşhur sənətçilərlə birlikdə böyük layihələr reallaşdırıb. O, hazırda "mdw Big Band", "Don Ellis Tribute Orchestra", "Markus Gieselhart Orchestra" kimi böyük caz orkestrlərinə rəhbərlik edir.

Zəngin caz tarixinə malik Azərbaycan musiqisində Tofiq Quliyev, Tofiq Əhmədov, Rauf Hacıyev, Rafiq Babayev və Vaqif Mustafazadə kimi musiqiçilərin yaratdıqları məktəb və ənənələrə söykənərək, bu gün Azərbaycanda yeni "Big Band" caz orkestri ənənəsinin canlandırılması üçün imkanlar açılır.

Tədbir peşəkar və həvəskar musiqiçilərin, müəllimlərin, müxtəlif incəsənət sahələrinin və musiqi həvəskarlarının maraq dairəsini əhatə edir.

Xəbər lenti