Logo

Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

27.04.2024 10:56 203 baxış
IMG

Azərbaycan Milli Kitabxanası görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın həyat və yaradıcılığını əks etdirən “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi və “Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” adlı elektron məlumat bazası hazırlayıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, virtual sərgidə Zərifə Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılan kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Zerife%20Eliyeva/index.htm linkindən istifadə edə bilərlər.

Elektron məlumat bazasında isə, “Rəsmi sənədlər”, Həyat və yaradıcılığının əsas tarixləri”, “Bioqrafiyası”, “Görkəmli şəxslər Zərifə Əliyeva haqqında”, “Əsərləri”, “Haqqında (Kitablar, Məqalələr)”, “Zərifə xanım Əliyeva dünya kitabxanalarında” və bir sıra materiallar təqdim olunub.

Məlumat bazası ilə https://anl.az/el/emb/ZE/index.html linki vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti