Logo

Mil - Muğan regionunda l sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi yaradılıb

26.04.2024 23:01 209 baxış
IMG

Mil - Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Beyləqan, İmişli, Sabirabad və Saatlıda 24 alternativ qeydiyyat mərkəzi yaradılıb.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri kömək göstərilir.

Valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı “mektebeqebul.edu.az” elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Xəbər lenti