Logo

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir

26.04.2024 19:12 178 baxış
IMG

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 6 rayonda 23 alternativ qeydiyyat mərkəzi yaradılıb.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri kömək göstərilir.

Eyni zamanda, valideynlər Mingəçevir “ASAN xidmət” mərkəzində ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən istifadə edə bilərlər.

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı “mektebeqebul.edu.az” elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.

Qeydiyyatla bağlı suallar yaranarsa, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-3" nömrəli telefonuna zəng etmək mümkündür.

Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.azelektron portalı vasitəsilə aparılacaq.

Xəbər lenti