Logo

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

26.04.2024 18:46 201 baxış
IMG

Çinin Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) təşkil edilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, milli komandamız uğurla iştirak edərək ölkəmizə 3 medal qazandırıb. 

Bakı şəhəri, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 3 şagird bürünc medal qazanıb.

Xəbər lenti