Logo

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

26.04.2024 15:36 190 baxış
IMG

Mayın 6-da Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, istedadlı konsertmeyster, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyeva, qeyri-adi, nadir vokal olan kontraltonun sahibi Fidan Dəmirova və Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanda ilk və yeganə kontratenor İlham Nəzərovun ifasında barokko dövrünün musiqi şedevrləri səslənəcək.

Konsert proqramının iştirakçıları həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda keçirilən çoxsaylı müsabiqələr və festivalların laureatlarıdır.

Konsertə giriş pulsuzdur.

Xəbər lenti