Logo

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

26.04.2024 12:31 197 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, STEAM Azərbaycan, həmçinin “Yeni Fikir” MMC-nin tərəfdaşlığı ilə “My technology” adlı layihəyə start verilir.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri və müəllimlərinin iştirakı ilə keçiriləcək “My technology” layihəsi sahibkar düşüncəyə malik insan kapitalının inkişafını təşviq edən və dəstəkləyən missiya daşıyır.

Layihə müəllim və şagirdlərin yerli təsərrüfat ixtisaslaşması və həyat tərzi, eləcə də qlobal miqyasda dünyagörüşü potensiallarına əsaslanan innovativ təşəbbüslərini inkişaf etdirərək, onları innovasiya ekosisteminə qoşulmağa həvəsləndirir.

Bu ilin aprel-iyun aylarını əhatə edəcək layihə çərçivəsində keçiriləcək müsabiqənin qalibləri qiymətli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaq. Müsabiqənin icraçı tərəfdaşı “Yeni Fikir” MMC isə müəllim və şagirdlərin fərdi inkişafı, eləcə də peşəkar portfoliosu üçün dəyərli imkanlar təqdim edəcək.

Layihə bu il 5 regionda (Abşeron-Xızı, Gəncə-Qazax, Dağlıq Şirvan, Quba Xaçmaz və Naxçıvan) tətbiq olunacaq.

Müsabiqədə iştirak etmək istəyən şagird və müəllimlər layihələrini qeydiyyatdan keçirməlidirlər.

Qeydiyyat mayın 20-dək davam edəcək.

“My technology” müsabiqəsi ilə bağlı regionlarda məlumat sessiyaları və təlimlərin təşkili də nəzərdə tutulur.

Bundan başqa, yekunda hər bir regiondan müraciət edən perspektivli komandaların iştirakı ilə BMU-da “hakaton” keçiriləcək. “Hakaton” nəticələrinə əsasən, qaliblər müəyyən edilərək mükafatlandırılacaqlar.

Xəbər lenti