Logo

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub - FOTO

26.04.2024 11:57 228 baxış
IMG

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşü olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bu cür görüşlərin təşkil olunmasının tələbə-jurnalistlərin beynəlxalq jurnalistika, xarici siyasət sahələri üzrə praktiki biliklər əldə etmələrində, Azərbaycanın informasiya məkanına qarşı yönələn təhdidlər və dezinformasiyalarla mübarizə yollarını öyrənmələrində mühüm rol oynayacağını bildirib.

Görüşdə Ayxan Hacızadə tələbələrlə ünsiyyətdən məmnunluğunu ifadə edib. O, XİN-in fəaliyyəti, xarici siyasət kommunikasiyası, rəqəmsal diplomatiya, ictimai diplomatiya, mətbuat xidmətinin iş prinsipləri, böhran vəziyyətlərində kommunikasiya haqqında ətraflı məlumat verib.

A.Hacızadə qeyd edib ki, fakültədə yaradılmış maddi-texniki baza jurnalist peşəsinə verilən qiymətin nümunəsidir. O, XİN tərəfindən təşkil olunan könüllülük proqramlarından da söz açıb, bu cür görüşlərin tələbə-jurnalistlərin gələcək karyeralarında özünəməxsus yer tuta biləcəyini xatırladıb. A.Hacızadə qeyd edib ki, tələbələr gələcək fəaliyyətlərində istəkləri üzrə xüsusi imtahan mərhələlərindən keçərək, diplomatiya sahəsində işlə təmin oluna bilərlər.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti