Logo

Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

26.04.2024 10:54 169 baxış
IMG

Azərbaycan Milli Kitabxanası ədəbiyyatşünas-alim, professor, Əməkdar elm xadimi, Mir Cəlal Paşayevin həyat və yaradıcılığını özündə əks etdirən “Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev” adlı virtual sərgi və “Mir Cəlal Paşayev” adlı elektron məlumat bazası yaradıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, ədibin əsərləri, ədəbi və ictimai fəaliyyəti haqqında nəşr olunan müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mir_Celal/index.htm linkindən istifadə edə bilərlər.

Elektron məlumat bazasında isə “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Mir Cəlal haqqında”, “Mir Cəlalın müdrik kəlamları”, “Mir Cəlal görkəmli şəxslər və ədəbiyyatımız haqqında”, “Mükafatları”, “Mir Cəlal dünya kitabxanalarında”, “Əsərləri“, Haqqında (kitablar, məqalələr, dissertasiya və avtoreferatlar)” və bir sıra materiallar nümayiş olunub.

Məlumat bazası ilə https://anl.az/el/emb/MirCelal/index.html linki vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti