Logo

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

25.04.2024 23:22 247 baxış
IMG

Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsinə hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, toplu test imtahanında yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə imtahan proqramları əsasında hazırlanmış açıq və qapalı formalı tapşırıqlardan ibarətdir. Topluya Azərbaycan dili üzrə 300, qanunvericilik üzrə 800, informasiya texnologiyaları üzrə 300, məntiqi təfəkkürün yoxlanılması üzrə 600 test tapşırığı daxildir. Topluda, həmçinin tapşırıqların düzgün cavabları da verilib.

Test toplusunu kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xəbər lenti