Logo

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

25.04.2024 22:58 225 baxış
IMG

Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə aprelin 27-də “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində ilk dəfə olaraq respublikamızda “Kəlağayı festivalı” keçiriləcək.

Tehsil.biz xəbər verir ki, festival Xətai rayonunda Ukrayna dairəsindəki Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yeri olan Amfiteatrda keçiriləcək.

Kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il bu əlamətdar hadisənin 10 illiyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.

Xəbər lenti