Logo

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

25.04.2024 17:03 193 baxış
IMG

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rəhbər şəxsləri Azərbaycan Tibb Universitetində (ATU) olublar.

ATU-nun mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, universitetin rektoru, professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

Görüşdə iki universitet arasında əməkdaşlığın tarixi, ikitərəfli və mübadilə proqramları çərçivəsində əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılması müzakirə olunub.

Eyni zamanda, Türkiyə universitetinin prorektorları, professorlar Nuri Kahveci və Orhan Doğan, elmi katib Ali Riza Bekler, müəllim Hemran Amirli, eləcə də ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.

Xəbər lenti