Logo

Yuğ teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

25.04.2024 16:07 164 baxış
IMG

Azərbaycan Dövlət Yuğ Teatrı türk dramaturq Toyqun Orbayın eyniadlı pyesi əsasında “21:15 qatarı” tamaşasını hazırlayır. 

Teatrdan "Tehsil.biz"ə bildirilib ki, may ayında premyerası keçiriləcək səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyorlar Vüqar Hacıyev, Elgün Həmidov və Zümrüd Qasımova iştirak edir. 

Tamaşa ekzistensial oyun janrında nümayiş ediləcək.

Qeyd edək ki, “21:15 qatarı” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.

Xəbər lenti