Logo

Rasim Balayev məktəblilərlə görüşəcək

25.04.2024 12:05 206 baxış
IMG

“Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 26-da Bakıdakı 32 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, layihənin budəfəki qonağı Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Xəbər lenti