Logo

BDU-da "Şanlı tarix salnaməsi" adlı tədbir

12.04.2021 14:58 80 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr edilmiş "Şanlı tarix salnaməsi" adlı onlayn tədbir keçirilib. Tədbirdə Şəhid ailələri - Leytenant Sənan Məmmədlinin anası Rəsmiyyə Məmmədli, Şəhriyar Mirişlinin anası Mətanət Mirişli iştirak edib.

 

Çıxışlarda qəlbən, ruhən Vətənə bağlı olan oğullarımızın, qəhrəmanlarımızın hər zaman Azərbaycan uğrunda canlarından keçməyə hazır olduğu, şəhidlik zirvəsinə yüksəldildiyi bildirilib.

 

Tədbirdə ikinci Qarabağ müharibəsi və Aprel döyüşləri iştirakçısı Hafiz Əhmədov çıxış edərək həyatın bütün mərhələlərində  vətənpərvərlik duyğusunun vacib olduğunu qeyd edib. Kitabxanaçılıq-İnformasiya fakültəsinin THİK sədr müavini Rahidə Qarayeva və fakültənin 1-ci kurs tələbəsi Nərgiz Həşimzadə çıxış edərək ulu babalarımızın əmanəti olan Vətənin onların sonrakı davamçıları tərəfindən də sevilib, qorunub, bizə əmanət edildiyini və bu gün də azad, bütov Azərbaycan olaraq gələcək nəsillərə miras olduğunu nəzərə çatdırıblar. Tədbir BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı  vəzifəsini icra edən Ələmdar Bayramov, dekan müavini Mehmanəli Məmmədov və Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılovun çıxışları ilə yekunlaşıb.

Xəbər lenti