Logo

ADAU-da Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü qeyd olunub - FOTO

23.04.2024 22:02 145 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı Kitabxanasının təşkilatçılığı ilə 23 Aprel - Beynəlxalq Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Tədbirdə çıxış edən kitabxananın direktoru Kamil Məmişov müəllif hüquqlarının qorunması, kitabların insan həyatında oynadığı böyük roldan danışıb.

Tədbirdə ilk kitab çapının tarixindən, onun inkişaf mərhələlərindən, kütləvi kitabxanaların yaradılmasından, beynəlxalq səviyyədə qeyd edilən Kitab və Müəlliflik Hüququ Gününün xüsusiyyətindən bəhs edilib.

Eyni zamanda Elektrik mühəndisliyi kafedrasının dosenti Rövşən Bağırovun "Elektrik avadanlıqlarının vəziyyətinin texniki diaqnostikası" kitabının təqdimatı baş tutub. Təqdimatda qonaqlar vurğulayıblar ki, kitab keçmişlə gələcək arasında əlaqə yaratmaqla, nəsillər və mədəniyyətlər arasında sirli körpüdür. Bir daha kitablara və müəlliflərə ehtiram göstərmək tövsiyyə olunub. Bəşər tarixində zaman və məkan sərhədlərini aşan ideyalar və ixtiraların kitab vasitəsilə dünyaya çatdırılması vurğulanıb. Rövşən Bağırov müəllifi olduğu kitablardan bir neçə nüsxəni ADAU-nun Əsaslı Kitabxanasına hədiyyə edib.

Xəbər lenti