Logo

Azərbaycan universitetində beynəlxalq konfrans keçiriləcək

12.04.2021 12:41 630 baxış
IMG

Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və Türk dünyası kontesktində öyrənilməsində ədəbi və tarixi mənbə kimi beynəlxalq konfransı 7 may 2021-ci il keçiriləcək.

 

“Nizami ili” çərçivəsində təşkil olunacaq elmi konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. 

 

Dahi şairin əsərləri tək fövqaladə sənətkarlıq nümunələri deyil, həm də Azərbaycanın, Qafqazın və bütün Şərqin tarixinin öyrənilməsində əvəzsiz mənbədir. Bunu nəzərə alaraq konfransın işində şairin əsərlərində tarixi faktlar və milli kimlik məsələləri, Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu, Nizami Gəncəvi və müasir tarix kimi aktual məsələlərin araşdırılması, bu problemlər üzrə duskusiyaların təşkili nəzərdə tutulur.

 

Pandemiya şəraitini nəzərə alaraq konfransın online rejimdə keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti