Logo

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

23.04.2024 15:13 188 baxış
IMG

Aprelin 24-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə keçirilən tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək. “Açıq qapı” günü saat 11:00-dan 16:00-dək davam edəcək. Giriş sərbəstdir.

Ünvan: Xətai rayonu, Məhsəti küçəsi 3.

Xəbər lenti