Logo

Siyavuş Novruzov: “Narkotik artıq məktəblərə daxil olur”

23.04.2024 13:35 243 baxış
IMG

"Müxtəlif narkotik maddələr artıq məktəblərə daxil olur".

Tehsil.biz xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.

O, narkotikdən müalicə olunmaq üçün kifayət qədər dispanserin olmadığını vurğulayıb:

"Bir dispanser var idi, onun da rəhbəri bu yaxınlarda korrupsiya ilə bağlı məsuliyyətə cəlb olundu", - S.Novruzov qeyd edib.

Millət vəkili Azərbaycanda narkotik vasitələrə qarşı qanunvericiliyin tələblərinin sərtləşdirilməsini təklif edib:

"Gün ərzində mətbuata nəzər salanda görürük ki, hər gün 5-50 nəfər arası insan narkotik vasitələrlə bağlı məsuliyyətə cəlb olunur. Daşıyan və satan bu qədərdirsə, görün qəbul edənlərin sayı nə qədərdir”.

"Tez-tez eşidirik, deyirlər ki, “İran vətəndaşından almışam”. Bəs onlar kimdir? Haradan gətirirlər onu? Kimdir bu dövlətin övladlarını zəhərləyən? Heç kim bundan sığortalanmayıb. Problem hər kəsin qapısını döyə bilər. Əlimizdən gələn hər şeyi etməliyik ki, Azərbaycan uşaqlarının gələcəyinə ziyan vuran bu sistemi məhv edək”, - deyə deputat əlavə edib.

Kənan Nağıbəyli

Xəbər lenti