Logo

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib oldu - FOTO

23.04.2024 12:09 182 baxış
IMG

"Sabahın alimləri" XIII respublika müsabiqəsinin finalına qatılan məktəblilərin Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri elmi layihələr qalib olub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, kimya elmləri doktoru professor Əfsun Sucayevin elmi rəhbərliyi ilə Dünya Məktəbinin 10-cu sinif şagirdləri Səid Aslanov və İbrahim Allahvediyevin "Fizioloji fəal üzvi birləşmələr" laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitorların yaradılması” mövzusunda yerinə yetirdikləri layihə müsabiqənin (I yer) qızıl medalına layiq görülüb. Bu şagirdlər ABŞ-nin "Society for Science" təşkilatı tərəfindən təşkil olunan İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edəcəklər.

İnstitutun elmi işçiləri Könül Qəhrəmanova və Aygün Alməmmədovanın elmi rəhbərliyi altında Bakı şəhəri 6 saylı tam orta məktəbin XI sinif şagirdləri Elmira Kazımova və Aysu Mustafazadənin “Neftlə çirklənmiş torpaqların və su hövzələrinin biofitoremediasiya üsulu ilə təmizlənməsi” mövzusu üzrə yerinə yetirdikləri elmi layihə isə ( III yer) bürünc medala layiq görülüb.

Qeyd edək ki, qalib layihələr müsabiqəyə ümumilikdə təqdim olunan 652, final mərhələsinə vəsiqə qazanan 113 layihə içərisindən ekspertlərin qiymətləndirilməsi ilə seçilib.

Xəbər lenti