Logo

BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya baş tutub

22.04.2024 19:02 129 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən tələbələr üçün infosessiya keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, agentliyin İctimaiyyətlə əlaqələr departamentinin şöbə müdiri Leyla Lətifova qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması və zəruri tibbi xidmətlərin göstərilməsi işini təkmilləşdirmək məqsədilə ölkə ərazisində 2021-ci ildən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir vətəndaş sistemdən yararlanmaqla keyfiyyətli tibbi xidmətdən istifadə edə bilər. Bu baxımdan müvafiq hədəf qrupları, o cümlədən tələbələrlə maarifləndirmə işlərinin aparılması olduqca əhəmiyyətlidir.

Daha sonra agentliyin əməkdaşı Fuad Bayramov icbari tibbi sığortanın Xidmətlər Zərfi, müraciət qaydaları haqqında təqdimatlar edib.

Sonda tələbələrin tibbi sığortadan istifadəyə dair sualları cavablandırılıb.

Xəbər lenti