Logo

GDU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib - FOTO

22.04.2024 18:40 139 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə gənclər arasında keçirilən müsabiqə-festival incəsənət və mədəniyyət sahəsi üzrə istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaq məqsədi daşıyır.

Gəncə Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və Musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyevanın təşkilatçılığı ilə hazırlanan zəngin konsert proqramında tələbələr incəsənətin müxtəlif janrlarında istedadlarını nümayiş etdiriblər.

Müsabiqədə gənclərin vokal və instrumental, xor ifaçılığı, bədii qiraət və aşıq havalarını, xalq mahnılarını ifaetmə bacarıqları maraqla qarşılanıb.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu tələbələrin çıxışlarını yüksək qiymətləndirib.

Baxış müsabiqəsində istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.

Xəbər lenti